Milli Məclis ölkədə yeni sahə inzibati ərazi dairələrinin yaradılmasını təsdiqləyib – SİYAHI
02 noyabr 2012 13:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin plenar iclasında yeni sahə inzibati ərazi dairələrinin yaradılması ilə bağlı qanunvericiliyə dəyişiklər müzakirə olunub. APA-nın xəbərinə görə, məlumat verilib ki, “Azərbaycanın bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” adlı qanun layihəsində bir sıra rayonlarda sahə inzibati ərazi dairələrinin yaradılması öz əksini tapıb. Ümumilikdə ölkə üzrə 40 sahə inzibati ərazi dairəsi yaradılacaq.
Qanun layihəsinə görə, yeni sahə inzibati ərazi dairələri Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail və Yasamal, Gəncə şəhərinin Kəpəz və Nizami rayonları, həmçinin Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərində yaradılacaq. Qeyd edilib ki, sahə inzibati ərazi dairələrinin yaradılması idarəetməni təkmilləşdirmək, icra hakimiyyəti orqanlarının əhaliyə daha yaxın olmasını təmin etmək məqsədi güdür.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:32
15 may 2024