Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin müraciətini cavablandırıb
06 noyabr 2012 11:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) piket və mitinq keçirmək barədə müraciətini cavablandırıb. Bütöv Azərbaycan Partiyasının sədri, DQMM-nin üzvü Elşad Musayevin APA-ya verdiyi məlumata görə, paytaxt rəhbərliyi noyabrın 7-də BŞİH-nin binası qarşısında keçirilməsi qərara alınan piketi məqsədəuyğun hesab etməyib, Məşvərət Məclisinin noyabrın 10-da paytaxtda mitinq keçirmək istəyinə isə müsbət cavab verib. Lakin şəhər rəhbərliyi aksiyanın qurumun istəyinə uyğun olan yerlərdə deyil, Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib. E. Musayev deyib ki, Məşvərət Məclisinin iclasında paytaxt rəhbərliyinin təklifi dəyərləndiriləcək və müvafiq qərar veriləcək.
Qeyd edək ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi paytaxtın Azadlıq və Füzuli meydanlarında, Səməd Vurğun bağı, Nərimanov kinoteatrı və Təbriz kinoteatrının qarşısında mitinq keçirməklə bağlı təklif irəli sürüb.
Qeyd edək ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi paytaxtın Azadlıq və Füzuli meydanlarında, Səməd Vurğun bağı, Nərimanov kinoteatrı və Təbriz kinoteatrının qarşısında mitinq keçirməklə bağlı təklif irəli sürüb.
Daxili siyasət
Monqolustan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
11:21
26 may 2024
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı NK-da iclas keçirilib
14:17
24 may 2024
Zahid Oruc: Saxta boşanmalar kütləvi hal alıb, qarşısının alınması yolları tapılmalıdır
13:47
24 may 2024
Deputat: Nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi
11:25
24 may 2024