Əhməd Vahidi: “ABŞ-da prezidentliyə namizədlər İran kartını oynayırlar”
24 oktyabr 2012 16:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ-da prezidentliyə namizədlərinin İrana hücum ehtimalları ilə bağlı çıxışları İsrail lobbisinin dəstəyini qazanmaq məqsədi daşıyır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu ölkənin müdafiə naziri, general-mayor Əhməd Vahidinin deyib. O bildirib ki, ABŞ prezidentliyinə namizəd olan Barak Obama və Mitt Romni seçkiqabağı təbliğat kampaniyasında İran kartını oynayırlar: “Onların İrana hücum ehtimallarından danışması israillilərə yarınmaq məqsədi daşıyır. ABŞ-ın İrana hücum etməsi üçün hazırda yetərincə resursu yoxdur”.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 6-da keçiriləcək.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 6-da keçiriləcək.
Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024