NATO öz qüvvələrini Baltikyanı ölkələrdə gələn ilin yanvarından yerləşdirməyə başlayacaq

NATO öz qüvvələrini Baltikyanı ölkələrdə gələn ilin yanvarından yerləşdirməyə başlayacaq
# 15 iyun 2016 10:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. NATO qüvvələrinin Baltikyanı ölkələrdə dislokasiyası 2017-ci ilin yanvarından başlayacaq.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə alyansa yaxın mənbə bildirib.

Qeyd olunur ki, NATO-ya üzv 28 ölkənin müdafiə nazirləri alyansın bir taborunun rotasiya qaydası əsasında Latviya, Litva, Estoniya və Polşaya yerləşdirilməsi barədə razılıq əldə ediblər.

ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Duqlas Lyutun sözlərinə görə, hər birləşmədə şəxsi heyətin sayı 800-dən 1000 nəfərədək ola bilər və onlar hər 6-9 aydan sonra bir əvəzlənəcəklər.

Alyansın yüksək çinli nümayəndəsi isə jurnalistlərə açıqlamasında taborun dəqiq tərkibinin hələlik müəyyən olmadığını deyib.

Detalların NATO-nun iyulun 8-9-da Varşavada keçirilək sammitində hazırlanacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR