Azərbaycan və Qazaxıstanın müdafiə nazirləri arasında görüş olub

Azərbaycan və Qazaxıstanın müdafiə nazirləri arasında görüş olub
# 11 noyabr 2014 10:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. MDB Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən iclası çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetov arasınad görüş olub.

APA-nın Qazaxıstanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkənin Müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın müxtəlif spektrləri müzakirə edilib. Görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin, Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının və Xüsusi Təyinatlı Qüvvələrin birgə təlimlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2015-ci il üçün əməkdaşlıq planı təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR