Bakı-Şamaxı yolunun kənarından tapılan silah-sursat partladılıb - VİDEO

Bakı-Şamaxı yolunun kənarından tapılan silah-sursat partladılıb - <span style="color: red;">VİDEO
# 20 fevral 2014 19:07 (UTC +04:00)

FHN-nin Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, silah-sursat bu gün saat 17:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 80-ci kilometrliyində, magistral yoldan 40 metr aralıda, Qobustan rayonunun Şıxzərli kəndi ərazisindən tapılıb. Çoban ərazidə döyüş sursatın olması barədə FHN-nin qaynar telefon xəttinə məlumat verib. Əraziyə baxış keçirən ANAMA-nın əməkdaşları oradan bir ədəd F-1 əl qumbarası, 10 ədəd F-1 əl qumbarasının zapalı, 2 ədəd tank əleyhinə əl qumbarası aşkar edərək götürüblər.

Məlumata görə, bu silah-sursat torpağın üstündən tapılıb. Torpaqda yaranan yarğanın içərisində isə daha çox döyüş sursatlarının olduğu müəyyən edilib və həmin silah-sursatın oradan çıxarılması təhlükəli olduğu üçün yerində partladılması qərara alınıb. Tapılan döyüş sursatlarının magistral avtomobil yoluna yaxın olduğu nəzərə alınaraq, ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Bu gün axşam saat 20:00 radələrində silah-sursat partladılarkən ərazidə postlar qurulub, yolda avtomobillərin hərəkəti yarım saatlıq dayandırılıb. Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilməkdədir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR