Etirazçılar Kiyev şəhər admistrasiyasının binasını ələ keçiriblər - YENİLƏNİB

Etirazçılar Kiyev şəhər admistrasiyasının binasını ələ keçiriblər - <span style="color: red;">YENİLƏNİB
# 18 fevral 2014 15:06 (UTC +04:00)

APA-nın “RBK-Ukrayna”ya istinadən verdiyi məlumata görə, hazırda onlar binanın yaxınlığında baş vermiş yanğını söndürməyə çalışırlar.

*** 17:56]

Bakı – APA. Kiyevdə şəhər administrasiyası binasının yanında yanğın baş verib.


APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, alov binanın darvazasını əhatə edib.

Etirazçıların orada təkərlər yandırdığı və yeni barrikada qurmağa hazırlaşdığı bildirilir. Şahidlərin sözlərinə görə, binanın heyətində “Berkut”un döyüşçüləri və hakimiyyətin istifadə etdiyi mülki geyimli şəxslər toplaşıb. Qumbaraların partlayışlarına bənzər səslər eşidilir.

Kiyev polisindən bildiriblər ki, etirazçılar binanı ələ keçirməyə cəhd edirlər.

Bu arada hakim Regionlar Partiyasının ofisində iki nəfərin öldüyü haqda məlumat yayılıb. Bunu Ali Rada kuluarlarında deputat Boris Kolesnikov deyib.

Onlardan birinin tüstüdən zəhərlənərək öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR