«Amrahbank»ın bir qrup fərqlənmiş işçisi İstanbula səfər edib

«Amrahbank»ın bir qrup fərqlənmiş işçisi İstanbula səfər edib
# 14 mart 2014 14:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin işlərində fərqlənən bir qrup işçisi İstanbul şəhərində səfərdə olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, həvəsləndirmə məqsədilə təşkil olunmuş bu korporativ tədbir 2013-cü ildə əldə edilmiş uğurlu nəticələrə görə işçilərin əməyini qiymətləndirən bank rəhbərliyinin bir mükafatı olub.

«Amrahbank»ın İdarə Heyətinin sədri Emil Həsənovun sözlərinə görə, bankın imici onun əməkdaşlarının göstərdikləri xidmət vasitəsi ilə formalaşdığından insan resursları siyasətinin əsas hədəfi kimi işçilərin peşəkar və şəxsi keyfiyyətlərinə, onların inkişafına, həmçinin korporativ mədəniyyət normalarına riayət edilməsinə xüsusi diqqət edilir, onların banka daha da yararlı olmaları üçün belə addımlar atılır.

Qeyd edək ki, səfər zamanı İstanbulun tarixi-mədəni memarlıq abidələri ziyarət edilib, Bosfor boğazına və şəhərin digər müxtəlif görməli yerlərinə korporativ gəzintilər təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR