Lənkəranda reydlər keçirilib - VİDEO

Lənkəranda reydlər keçirilib - <span style="color: red;">VİDEO
# 08 mart 2014 08:20 (UTC +04:00)

Lənkəran. Ağəddin BabayevAPA. Lənkəranda Dövlət Yol Polisinin əməkdaşları rayonun müxtəlif ərazilərində reydlərə başlayıblar. APA TV-nin Cənub bürosunun məlumatına görə, ötən 2 gün ərzində keçirilən reydlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan 35 sürücü barəsində inzibati qaydada ölçü götürülüb.

Lənkəran RPİ-nin DYPŞ-nin inspektoru İlkin İsmayılovun sözlərinə görə, avtoxuliqanlıq edənlər əsasən köhnə sovet maşınları olan sürücüləridir. Reydlərdə məqsəd avtoxuliqanların, eləcə də sərxoş sürücüləri aşkarlamaq olub.

Tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyalarına əlavə düzəlişlər, görüntünü məhdudlaşdıran yan pərdələr, səs gücləndiricilər aşkar edilib.

Qanunu pozan sürücülərin avtomaşınları yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti dayanacağa aparılıb. Sərxoş olan və kobud qayda pozuntularına yol verən sürücülərə barədə İnzibati Xətalar Məcəlləsinin 296. 1 maddəsi ilə təhqiqat başlanıb, barələrində materiallar toplanılaraq məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR