Qubada "VAZ” "Tofaş"la toqquşub, sürücü ağır xəsarət alıb

Qubada "VAZ” "Tofaş"la toqquşub, sürücü ağır xəsarət alıb
# 25 fevral 2014 23:37 (UTC +04:00)

Bakı-APA. Qubada ötən gün axşam saatlarında avtomobil sürücüsünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu Qonaqkənd kəndində “VAZ” markalı minik avtomobili "Tofaş" markalı minik avtomobili ilə toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olmuşdur ki, qəza nəticəsində deformasiyaya uğramış “VAZ” markalı minik avtomobilinin sürücüsü yaralı halda avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:15-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR