Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda vətəndaşlarla görüşəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda vətəndaşlarla görüşəcək
# 05 mart 2014 08:03 (UTC +04:00)

Bakı – APA-Economics. Martın 12-də saat əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, qəbul saat 10:00-da Nazirliyin Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında keçiriləcək. Görüşdə Şirvan şəhəri, habelə Hacıqabul, Sabirabad və Saatlı rayonlarının sakinləri iştirak edə bilər.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin ümumi şöbəsi), (021) 215-10-30 (Şirvan şəhər ƏSMM), (021) 204-41-36 (Hacıqabul rayon ƏSMM), (021) 235-92-80 (Sabirabad rayon ƏSMM) və (021) 285-25-71 (Saatlı rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb-gətirilmələri təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR