Dini dözümsüzlüyü təbliğ edən 29 dini məzmunlu ədəbiyyatın Azərbaycana gətirilməsinin qarşısı alınıb - VİDEO

Dini dözümsüzlüyü təbliğ edən 29 dini məzmunlu ədəbiyyatın Azərbaycana gətirilməsinin qarşısı alınıb - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 11:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 2013-cü ildə 12 dini icma dövlət qeydiyyatına alınıb. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bununla da dövlət qeydiyyatından keçmiş dini qurumların ümumi sayı 588-ə çatıb. Keçən il 688 adda dini məzmunlu ədəbiyyata da baxaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmayıb.

Ölkədə çap olunmaq məqsədilə 209 adda dini ədəbiyyat təqdim olunub, onlardan 4-ü dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğu üçün çapına icazə verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR