AMEA Mərkəzi Elmi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib - FOTOSESSİYA

AMEA Mərkəzi Elmi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 may 2014 10:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Mərkəzi Elmi Kitabxananın yeni binası ölkə başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncamına əsasən kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədilə inşa olunub.

Onun sözlərinə görə, Mərkəzi Elmi Kitabxana respublikada milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan ən iri, həmçinin regionda aparıcı elmi kitabxanadır və burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrində fəaliyyət təşkil edilib: “Ölkəmizdə fəaliyyət göstərən kitabxana, fond, muzey, təhsil ocaqları, elmi tədqiqat müəssisələri, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, dövlət foto arxivi, həmçinin dünya muzeyləri və sərgi salonlarının Azərbaycana aid məlumatlarının elektron kataloqu yaradılacaq və “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək. Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzinin də fəaliyyət göstərdiyi bina müasir infrastrukturla təmin edilib, elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları tətbiq olunub. Kitabxana 4 milyona qədər kitab saxlamağa imkan verir”.

İclasın davamında AMEA üzvlüyünə seçkilərə hazırlıq, nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili, Azərbaycan alimlərinin I qurultayı ilə bağlı qərarlar qəbul edilib.

Tədbirdən sonra Mərkəzi Elmi Kitabxananın yeni binası ilə tanışlıq üçün ekskursiya keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR