Azərbaycanlı deputatlar CAR prezidentinin parlamentə hesabatını dinləyiblər

Azərbaycanlı deputatlar CAR prezidentinin parlamentə hesabatını dinləyiblər
# 20 fevral 2014 15:38 (UTC +04:00)

Bakı - APA. Cənubi Afrika Respublikasında (CAR) səfərdə olan Azərbaycan Milli Məclisi nümayəndə heyətinin üzvləri Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov CAR parlamentinin Təhsil komissiyasının sədri xanım Nomalunqela Gina ilə görüş keçiriblər.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan-Cənubi Afrika parlamentləri arasında münasibətlərin gələcək perspektivləri müzakirə olunub.

Azərbaycanın millət vəkilləri CAR-dan olan həmkarlarına Azərbaycan ərazilərinin işğalı və ermənilərin Xocalıda törətdiyi qətliam barədə məlumat verib, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyini vurğulayıblar.

Sonra Milli Məclisin üzvləri CAR prezidenti Cakob Zumanın parlamentə həftəlik hesabatını iclas zalında dinləyib, ardınca parlamentin fəaliyyəti ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR