Çexiyalı alim Azərbaycanı təbliğ edən sayt hazırlayır - FOTO

Çexiyalı alim Azərbaycanı təbliğ edən sayt hazırlayır - <span style="color: red;">FOTO
# 26 fevral 2014 12:10 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Çexiyalı alim Azərbaycanın tarixini və mədəniyyətini təbliğ edən sayt hazırlayır.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, fevralın 25-də nazir Əbülfəs Qarayevlə Çexiyada fəaliyyət göstərən Azərbaycan və Xəzər Mədəniyyət Forumunun direktoru, professor Devid Mayerin görüşü keçirilib.

Professor bildirib ki, yeni layihə üçün Azərbaycanın muzeyləri ilə sıx əməkdaşlığa ehtiyac var. Sayt Avropada, eləcə də dünyada Azərbaycan incəsənətinin, şəxsiyyətlərinin və tarixinin təbliğinə, ölkəmiz haqqında bütün faktların doğru-düzgün işıqlandırılmasına xidmət edəcək. O, saytın ərsəyə gəlməsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyi, ümumiyyətlə, bütün Azərbaycan muzeyləri və alimləri ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Devid Mayer əlavə edib ki, saytda Qarabağ həqiqətlərindən bəhs edən ayrıca bölmə də yer alacaq.

Sayt ingilis, rus və alman dillərində fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR