Nəqliyyat Nazirliyində I Avropa Yay Olimpiya Oyunları ilə bağlı müşavirə keçirilib

Nəqliyyat Nazirliyində I Avropa Yay Olimpiya Oyunları ilə bağlı müşavirə keçirilib
# 13 fevral 2014 16:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun sədrliyi ilə nazirliyin aidiyyatı struktur bölmələrinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Metropoliteninin və Bakı - 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.


Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyindən məlumat verilib.

Müşavirədə I Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rəsmi nümayəndə heyətlərinə, idmançılara və tədbirdə iştirak etmək üçün Bakıya gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib, bu işlərin yüksək səviyyədə təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR