Zaqatala sakini intihar edib

Zaqatala sakini intihar edib
# 14 fevral 2014 12:36 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 44 yaşlı kişi intihar edib. Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Yuxarı Tala kəndində baş verib.

1970-ci il təvəllüdlü kənd sakini Musayev Həsən İsa oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asaraq intihar edib. Həsən Musayevin cəsədi bu gün səhər saatlarında həyat yoldaşı və oğlu tərəfindən aşkar edilib. Zaqatala rayon Prokurorluğundan bildirilib ki, H. Musayev son illər əsəb xəstəliyindən əziyyət çəkirdi. O, əvvəllər də bir neçə dəfə intihar edəcəyi barədə ailə üzvlərini xəbərdar edib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR