Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar “APA Holding”in əməkdaşlarına qarşı kampaniyaya başlayıblar - YENİLƏNİB

Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar “APA Holding”in əməkdaşlarına qarşı kampaniyaya başlayıblar - <span style="color: red;">YENİLƏNİB
# 14 fevral 2014 11:51 (UTC +04:00)

APA-nın məlumatına görə, radikal dini təriqətin üzvü olduğu ehtimal olunan həmin şəxslər “Facebook”da APA-nın əməkdaşı Hafiz Heydərov və “APA Holding”a daxil olan “Kulis.az” saytının baş redaktoru Qan Turalı barəsində təhdidlərin yer aldığı statuslar və şərhlər yazırlar.

Dindarlar “Facebook” sosial şəbəkəsində Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar yayan APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərovun ünvanına nalayiq ifadələr işlədiblər. Onlar iddia edirlər ki, guya H. Heydərov “Facebook”da başqa adlarla qeydiyyatdan keçərək onlardan Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar toplayır. Dindarlar hamını bu jurnalistdən ehtiyat etməyə çağırıb.

Sosial şəbəkələrdə radikal dindarların hədəfinə çevrilən daha bir jurnalist isə Qan Turalıdır. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildirirlər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər: “Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR