Bank Of Baku

“Qalatasaray”ın ən böyük fanat qrupunun lideri ölüb

“Qalatasaray”ın ən böyük fanat qrupunun lideri ölüb
# 27 sentyabr 2008 12:23 (UTC +04:00)
İstanbul – APA. Türkiyədə “Qalatasaray” futbol komandasının azarkeşlərinin yaratdığı ən böyük fanat qrupu olan “UltrAslan”ın qurucusu və koordinatoru Alparslan Dikmən ölüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, A. Dikmən bu gün İstanbul-Bursa yolunda öz avtomobili ilə qəzaya uğrayıb. A. Dikmən aldığı xəsarətlərdən yerindəcə keçinib, maşında olan həyat yoldaşı və oğlu isə yaralı halda xəstəxanaya çatdırılıblar. Türkiyənin bütün xəbər saytları hadisəni baş xəbər kimi verib. “Qalatasaray” klubu olayla bağlı rəsmi internet saytı vasitəsilə başsağlığı mesajı yayımlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR