Bank Of Baku

AFFA FİFA hakiminə ağır cəza verdi

AFFA FİFA hakiminə ağır cəza verdi
# 09 oktyabr 2008 15:12 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA-nın Hakimlər Komitəsinin iclası keçirilib. “APA-Sport”un məlumatına görə, toplantının yekununda FİFA referisi Fariz Yusifovla milli dərəcəli hakim Anar Salmanovun cəzalandırılması haqda qərar çıxarılıb.

Yusifov “Bakı” - “Olimpik” (3:1) oyununda yol verdiyi nöqsanlar ucbatından 5, Salmanov isə “Qarabağ” – “Simurq” (0:2) görüşündə buraxdığı səhvə görə 3 tur Premyer Liqa komandalarının əsas heyətləri arasında keçirilən çempionatın oyunlarından kənarda qalacaq.

Bu, 28 yaşlı Salmanovun cari mövsümdə ikinci cəzasıdır. O, ilk dəfə metodiki səhvə, daha doğrusu, oyunun protokolunu doldurarkən yol verdiyi nöqsana görə diskvalifikasiya olunub.

Hər iki cəzalıya hakimlik praktikasını itirməmək üçün aşağı liqa komandalarının görüşlərinə təyinat verilməsi barədə qərar çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR