Bank Of Baku

Türkiyə Futbol Federasiyası Fatih Terimlə müqavilənin müddətini oktyabrın 23-də uzadacaq

Türkiyə Futbol Federasiyası Fatih Terimlə müqavilənin müddətini oktyabrın 23-də uzadacaq
# 18 oktyabr 2008 08:34 (UTC +04:00)
Bakı - APA-Sport. Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Fatih Terimin 2010-cu ilədək nəzərdə tutulan müqaviləsinin müddətini uzadacaq. “APA-Sport”un məlumatına görə, bu haqda TFF-nin rəsmi internet saytında açıqlama verilib.

Terimlə yeni müqavilənin detallarının oktyabrın 21-də federasiyanın İcraiyyə Komitəsinin yığıncağında müzakirə ediləcəyi bildirilir. 2012-ci ilədək nəzərdə tutulan müqavilə isə oktyabrın 23-də imzalanacaq.

Qeyd edək ki, Türkiyə mətbuatı “İmperator” ləqəbli mütəxəssisin yaxın günlərdə istefa verib “Qalatasaray”a keçəcəyi haqda xəbərlər yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR