Bank Of Baku

“Bakılı” futbol klubunun baş məşqçisi istefa verib

“Bakılı” futbol klubunun baş məşqçisi istefa verib
# 21 oktyabr 2008 07:49 (UTC +04:00)
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasında növbəti məşqçi istefası gerçəkləşib. “APA-Sport”un məlumatına görə, debütant “Bakılı” klubunun baş məşqçisi Nadir Qasımov istefa verib.

Çempionatın ilk 8 turunda cəmi 1 xal toplayan (top fərqi 4:22) paytaxt təmsilçisinin qeyri-qənaətbəxş çıxışı Qasımovun komandadan ayrılmasına səbəb olub. Bu, onun “Bakılı”dan ilk gedişi deyil. Belə ki, 2003/04 və 2004/05 mövsümlərində fasilələrlə komandanı çalışdırmış Qasımov artıq üçüncü dəfədir istefaya göndərilir.

Hazırda baş məşqçi axtarışına çıxan “Bakılı”nın rəhbərliyi komandanı müvəqqəti olaraq, Bəxtiyar Qulamova tapşırıb. 1997/98 mövsümündə də “Bakılı”ya rəhbərlik etmiş Qulamov birinci dövrənin sonunadək bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Nadir Qasımov Premyer Liqanın cari mövsümündə istefa verən dördüncü məşqçidir. Öncə Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”dan, Anatoli Demyanenko “Neftçi”dən, Mustafa Yılmaz isə “Turan”dan ayrılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR