AFFA Təhsil Nazirliyi ilə əməkdaşlıq müqaviləsi bağladı
Öncə çıxış edən Elxan Məmmədov bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq, orta ümumtəhsil məktəblərində bir sıra layihələr həyata keçirilir: “Artıq AFFA ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq müqaviləsi bağlanılıb. Assosiasiyanın rəhbəri Rövnəq Abdullayev və təhsil naziri Misir Mərdanov 2008-09-cu il üçün iş planı hazırlayıb. Bu gün start götürən yeni layihəyə əsasən, yerli və əcnəbi mütəxəssislər yaxın 3 ay ərzində orta məktəb müəllimlərinə seminar keçəcəklər. Həmin müəllimlər seminarda öyrəndiklərini gələcəkdə şagirdlərə çatdıracaqlar”.
Daha sonra nitq söyləyən Elmar Qasımov layihənin əhəmiyyətindən danışıb. Təhsil nazirinin mavini bütün idman məktəblərində futbol bölmələrinin açılacağını vurğulayıb: “Təxminən 40 idman məktəbi var ki, burada da futbol bölmələri yaradılacaq və müəllimlər üçün seminar keçiriləcək. Bundan başqa, məktəblərin stadionları pasportlaşdırılacaq. Perspektivdə onların süni örtüklə əvəzlənməsi nəzərdə tutulub. Eyni zamanda, ayrı-ayrı yaş qrupları üzrə şagirdlərin çempionatı təşkil olunacaq”.
İdman və orta ümumtəhsil məktəbləri arasında futzal çempionatının da keçiriləcəyini söyləyən Qasımovun sözlərinə görə, tələbələr də diqqətdən kənarda qalmayacaqlar: “Ötən mövsüm ali təhsil ocaqları arasında yarış 2 ay davam etsə də, bu dəfə bütün il boyu mübarizə gedəcək”. Təhsil Nazirliyinin rəsmisi məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılacağını da deyib: “Sevindirici haldır ki, AFFA rəhbərliyi bütün məktəblərə top paylayır”. O, ölkəmizdə özəl futbol məktəbinin yaradılmasına çalışacaqlarını da qeyd edib.
AFFA-nın I vitse-prezidenti Rauf Əliyev isə nəzərə çatdırıb ki, həyata keçirilən layihədə İngiltərə, Almaniya və İsveçrə təcrübəsindən istifadə olunacaq: “MDB-də yalnız Ukraynanın orta ümumtəhsil məktəblərində futbol fənni tədris edilir. Yaxın zamanlarda Ukrayna Futbol Federasiyasının nümayəndələrini və təhsil mütəxəssislərinin Bakıya səfəri gözlənilir. Biz onların da təcrübələrindən yararlanmaq istəyirik”.
Futbol
Xəbər Lenti
Çin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib
Almaniya PUA-lardan müdafiəyə 16 milyard avro investisiya qoymaq niyyətindədir
Xmelnitskidə Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb, hər iki ekipaj üzvü həlak olub - YENİLƏNİB
Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb
Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib edib
UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq
UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatıb
Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var
Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq
Putin Kazanda Hakan Fidanla görüşəcək
Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub
Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət edib
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olub - YENİLƏNİB
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək
Rusiya və Türkiyə Qara dənizdə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edəcək
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib - FOTO
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Xankəndi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək
SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Tramp: İranla əlaqələr normallaşıb, Hörmüz boğazı açıq qalacaq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir
Bəzi rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində İnvestisiya Perspektivləri Forumu keçirilir
FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirib - VİDEO
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır