Bank Of Baku

“Ankaragücü” - “Fənərbaxça” görüşü öncəsi qalmaqal yaranıb

“Ankaragücü”  - “Fənərbaxça” görüşü öncəsi qalmaqal yaranıb
# 21 noyabr 2008 12:13 (UTC +04:00)
“Ankaragücü” klubunun prezidenti Camal Aydının “Fənərbaxça” ilə sabah oynayacaqları görüşə təyinat alan baş hakim Halis Özkahya ilə telefonla danışması qalmaqala səbəb olub. Apasport.az saytının məlumatına görə, məsələdən xəbər tutan Türkiyə Futbol Federasiya (TFF) sərt tədbirlərə əl atıb.

İndi klub rəsmisi Nizam-İntizam Komitəsi qarşısında cavab verməli olacaq. Bundan başqa, görüşün baş hakimi dəyişdirilib və idarəçilik Fırat Aydınusa tapşırılıb.

Qeyd edək ki, “Ankaragücü” rəsmisi öncədən bu görüşə Özkahyanın təyinat alacağını söyləyib. Təyinat rəsmiləşdikdən sonra isə baş hakimlə əlaqə saxlayaraq, onun oyunu təmiz idarə edəcəyinə inandığını deyib. Özkahya isə bu məsə barədə TFF-ni məlumatlandırıb.

Qurumun Nizam-İntizam Komitəsinin Aydını cəzalandıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR