Bank Of Baku

“Mançester Siti” Canluici Buffonu 75 milyon avroya almaq istəyir

“Mançester Siti” Canluici Buffonu 75 milyon avroya almaq istəyir
# 21 noyabr 2008 14:16 (UTC +04:00)
Bakı – APA. İngiltərənin “Mançester Siti” klubu İtaliya yığmasının üzvü Canluici Buffonu heyətinə qatmaqda israrlıdır. APA-nın məlumatına görə, qarşı tərəf “Yuventus”un şərəfini qoruyan təcrübəli qapıçının transfer üçün 75 milyon avrosundan keçməyə hazırdır.

Bu, futbol tarixi ərzində qapıçılara təklif edilən rekord məbləğdir. “Yuventus” bu cəlbedici təklifə razılıq versə, Buffonla 5 illik müqavilə imzalanacaq. İtaliyalı qapıçının yeni klubunda illik qazancı isə 15 milyon avro təşkil edəcək.

Dünyanın ən güclü qapıçılarından sayılan Buffon bir neçə gün öncə “Yuventus”dan ayrıla biləcəyini açıqlayıb. O, bunun yalnız başgicəlləndirici məbləğ qarşılığında mümkün olacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR