Bank Of Baku

“Qalatasaray”ın baş məşqçi postuna namizədlərin adları açıqlanıb

“Qalatasaray”ın baş məşqçi postuna namizədlərin adları açıqlanıb
# 25 noyabr 2008 08:32 (UTC +04:00)
Bakı – APA. Cari mövsümdə Türkiyə Superliqasında uğursuz çıxış edən “Qalatasaray”ın baş məşqçisi Mihael Skibbenin istefaya göndərilmək ehtimalı günü-gündən çoxalır. APA-nın məlumatına görə, alman mütəxəssisin boşaldacağı posta namizədlərin siyahısı da bəllidir.

Maraqlı məqam, mümkün namizədlər arasında yerli mütəxəssisin olmamasıdır. Belə ki, klub rəhbərliyinin hədəfində olan ilk isim Otto Rehageldir. 70 yaşlı mütəxəssis hazırda Yunanıstanı çalışdırır və bu yığma ilə 2010-cu ilədək müqaviləsi var. Belçikalı Erik Gerets, rumıniyalılar Mirça Luçesku və Georgi Hacı da rəhbərliyin maraq dairəsindədirlər. Bu mütəxəssislər müxtəlif vaxtlarda İstanbul klubunu çalışdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR