Bank Of Baku

“Fənərbaxça” Çempionlar Liqası ilə vidalaşdı

“Fənərbaxça” Çempionlar Liqası ilə vidalaşdı
# 26 noyabr 2008 06:56 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin bu yarışdakı yeganə təmsilçisi “Fənərbaxça” uğursuzluğa düçar olub. Luis Araqonesin yetirmələri doğma meydanda “Portu”ya uduzduqlarından qitənin ən nüfuzlu turniri ilə erkən vidalaşıblar. “Sarı-lacivərdlilər”in UEFA kubokuna vəsiqə qazanıb-qazanmayacaqları son turda bilinəcək.

Çempionlar Liqasının 1/8 finalına yüksələn komandalardan artıq 10-u məlumdur. Öncə “Barselona”, “Sportinq” və “Yuventus” bu vəzifənin öhdəsindən gəlmişdi. 1/8 finalda “Mançester Yunayted”, “Arsenal”, “Portu”, “Vilyareal”, “Bavariya”, “Lion” və “Real” komandaları da oynayacaq. Beşinci turun qalan matçları bu gün keçiriləcək.


E qrupu
“Olborq” - “Seltik” - 2:1
Kaka, 73; Kaldvell, 87 (avtoqol) - Robson, 53.

“Vilyareal” - “Mançester Yunayted” - 0:0

1.“Mançester Yunayted” 9 xal, 2.“Vilyareal” 9, 3.“Olborq” 5, 4.“Seltik” 2.

F qrupu

“Bavariya” - “Styaua” - 3:0
Kloze, 57; 72; Toni, 61.

“Fiorentina” - “Lion” - 1:2
Cilardinyo, 44 – Makon, 14; Benzema, 26.

1.“Bavariya” 11, 2.“Lion” 11, 3.“Fiorentina” 3, 4.“Styaua” 1.

G qrupu

“Fənərbaxça” - “Portu” - 1:2
Kazım Kazım, 63 - Lisandro Lopes, 19; 29.

“Arsenal” - “Dinamo” (Kiyev) - 1:0
Bendtner, 87.

1.“Arsenal” 11, 2.“Portu” 9, 3.“Dinamo” 5, 4.“Fənərbaxça” 2.

H qrupu

BATE - “Real” - 0:1
Raul, 6.

“Zenit” - “Yuventus” - 0:0

1.“Yuventus” 11, 2.“Real” 9, 3.“Zenit” 5, 4.BATE 2.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR