Bank Of Baku

Karl Haynz Feldkamp “Qalatasaray”a qayıdıb

Karl Haynz Feldkamp “Qalatasaray”a qayıdıb
# 26 noyabr 2008 12:36 (UTC +04:00)
İstanbul – APA. “Qalatasaray”ın sabiq baş məşqçisi Karl Haynz Feldkamp yenidən kluba qayıdıb. APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumatına görə, almaniyalı mütəxəssis bu mövsümün sonuna qədər “Qalatasaray”da müşavir vəzifəsində çalışacaq. K. H. Feldkampın işinin konkret nədən ibarət olacağı açıqlanmasa da, Türkiyə mətbuatı təcrübəli futbol adamının gənc baş məşqçi Mixael Skibbeyə məsləhətlər verəcəyini və oyun taktikasının müəyyənləşdirilməsində ona yardım edəcəyini yazıb.

Qeyd edək ki, 1934-cü il təvəllüdlü K. H. Feldkamp 1992-1993-cü və 2007-2008-ci illərdə “Qalatasaray”ın baş məşqçisi olub və komanda hər iki mövsümü çempion kimi tamamlayıb. O, ölkəsində “Bayer” (Yurdingen), “Kayzerslautern”, “Borussiya” (Dortmund) və “Arminiya” (Bielefeld) komandalarını çalışdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR