Bank Of Baku

Berti Foqts Azərbaycan yığmasına daha bir futbolçu çağırıb

Berti Foqts Azərbaycan yığmasına daha bir futbolçu çağırıb
# 27 noyabr 2008 09:56 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasına daha bir futbolçu çağırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dekabrın 1-dən 3-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına 17 yaşlı futbolçulardan ibarət milli komandanın qapıçısı Anar Məhərrəmov da dəvət edilib. O, düşərgəyə baxışa və tibbi müayinədən keçməyə dəvət olunub.
Bununla, baş məşqçi Berti Foqtsun rəhbərliyi altında toplanışa qatılacaq oyunçuların sayı 37-yə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR