Cəfər İrismetov: “Mən “Neftçi”yə baxışa yox, müqavilə bağlamağa gəlmişdim”
- Az öncə “Neftçi” klubunun düşərgəsində yer alsanız da, tezliklə geri qayıtdınız...
- Mən Bakıya baxışa yox, klubla müqavilənin şərtlərini müzakirə etməyə gəlmişdim. Rəhbərliklə görüşdük, danışıqlar apardıq.
- Nəticəsi necə oldu?
- “Neftçi” klubuna keçidimin baş tutmadığını indidən demək olmaz. Bunu gələcək göstərəcək. Komandanıza keçidimlə bağlı məsələyə yanvarda aydınlıq gələcək. Hazırda çıxış etdiyim Qazaxıstanın “Almatı” klubu ilə dekabrın sonunadək müqaviləm var. Belə olan halda, indidən “Neftçi” ilə müqavilə bağlaya bilmirəm. Məhz bu səbəbdən Bakıya danışıqlara gəldim və geri qayıtdım.
- Danışıqların nəticəsini uğurlu saymaq olarmı? Maliyyə məsələlərində razılığa gələ bildinizmi?
- Maddi baxımdan şərtlər prinsipcə normal idi. Hər şey yanvarda bilinəcək. İndidən dəqiq bir şey deyə bilmərəm. Bakıya səfərim qısa müddətli xarakter daşıdı.
- Bəs Azərbaycana gəlmək variantı haradan ortaya çıxdı?
- Agentlər təklif etdi. Gəldim, vəziyyətlə tanış oldum.
- Təəssüratların necədir?
- Gördüklərim xoşuma gəldi. Hər şey qaydasındadır.
- Başqa variantlarınız var?
- Var. Qazaxıstanda qalıb, çıxışımı davam etməyim mümkündür. İki klub var ki, rahat ora keçə bilərəm. Özbəkistana da qayıtmaq variantı var. Amma hələlik son sözümü deməmişəm.
- “Neftçi” variantı ortaya çıxanda əsas diqqətinizi cəlb edən nə idi?
- “Neftçi” böyük klubdur. Özümü belə güclü komandada sınamaq istərdim. Tanışlarım bu klub haqda mənə yalnız xoş sözlər deyib.
- “Neftçi” klubunun almaniyalı baş məşqçisi Hans-Yurgen Gede Özbəkistan yığmasında da çalışıb. Bu amil gəlişinizdə nə dərəcədə rol oynadı?
- Bunun da haradasa təsiri oldu. Onu Özbəkistanda işlədiyim dövrdən tanıyıram. Düzdür, rəhbərliyi altında çıxış etməsəm də, hər halda, yığmadakı komanda yoldaşlarım onun haqqında yaxşı fikirdə idilər. Gede ən güclü mütəxəssislərdən biridir.
- İndiyədək Azərbaycanda həmyerlilərinizdən yalnız qapıçı Oleq Belyakov çıxış edib. Ölkəmizə gəlmək variantı ortaya çıxarkən, onunla və ya başqası ilə məsləhətləşdinizmi?
- Yox, Belyakovu çoxdandır görmürəm. Azərbaycan futbolu haqda kifayət qədər məlumatım var idi. Düzünə qalsa, Özbəkistanda Azərbaycan televiziyası ilə komandalarınızın oyununa baxmışdım. Sadəcə, gəlib gördüklərimə əmin olmaq istəyirdim.
- “Neftçi”nin məşqləri haqda təəssüratlarınız necədir?
- Məşqləri bəyəndim. Futbolçulardan bolqar yarımmüdafiəçi Março Davçev xoşuma gəldi. Mən “Neftçi”də olduğum vaxtda futbolçuların çoxu yığmada idi. Milli komandanızdakı oyunçularla birgə olmadığım üçün onlar haqda fikir yürüdə bilmərəm. Gedenin məşqləri mənim üçün maraqlı idi. Onun rəhbərliyi altında çalışmaq da maraqlı olardı.
- “Neftçi” tarixində ən zəif mövsümünü keçirir. Turnir cədvəlinin aşağı pilləsində qərarlaşan komandada oynamaq seçiminə təsir göstərə bilərmi?
- Komandanın turnir cədvəlindəki vəziyyətindən xəbərdaram. Buna heyətin gəncləşməsinin təsiri ola bilər. Hər halda, gələcəkdə hər şey qaydasına düşəcək və gəncləşmənin bəhrəsini görmək mümkün olacaq. “Neftçi”də perspektivli futbolçuların olduğunu gördüm. Azərbaycanda yaxşı futbolçular çıxış edir. Ölkənizdə gəlişimdə buna əmin oldum. Artıq yüksək səviyyəli, təcrübəli mütəxəssislər də Azərbaycana gəlir. İndi əsas məsələ nəticənin olmasıdır. Hesab edirəm ki, “Neftçi” ikinci dövrədə daha yaxşı çıxış edəcək və gənc, perspektivli futbolçular vəziyyəti qaydasına salacaq. Bununla da, tədricən öz layiqli yerini tutacaq.
- Hazırda fiziki-funksional formanızı qənaətbəxş sayırsınızmı? Yəni, 32 yaşlı İrismetov “Neftçi”yə belə çətin vaxtda kömək edə biləcəkmi?
- Fikrimcə, kömək edə bilərəm. Özümdə güc, enerji hiss edirəm. Bu, hələ xeyli müddət mənə yetərli olacaq. Hesab edirəm ki, Azərbaycan çempionatında öz gücümü yoxlamaq maraqlı olardı. Açığı, bunun reallaşıb-reallaşmayacağını indidən deyə bilmərəm. Çünki danışıqlara gəlmişdim, mənə heç kim baxmamışdı.
- Müqavilənin müddətini müzakirə etdinizmi?
- Yox. Gəlib tibbi müayinədən keçdim. Yanvarda bir daha danışacağıq.
- Heç olmasa, ilkin razılıq əldə olundumu?
- Bunu daha çox tanışlıq daşıyan görüş kimi qələmə vermək olar. Müqavilə haqda danışmaq tezdir. Hər halda, “Neftçi” də real variantlardan biridir.
- Hazırkı klubunu nəyə görə tərk etmək istəyirsiniz?
- Artıq beş ildir Qazaxıstandayam. “Almatı”dan normal təklif almışam. Sadəcə, ab-havanı dəyişmək, özümü yeni çempionatda sınamaq istərdim. Bu mənada “Neftçi”, ölkə çempionatınız maraqlarıma uyğun gəlir. Azərbaycan çempionatı haqda çox şey eşitmişəm. Deyilənə görə, maraqlı mübarizə gedir. Bu, həvəsimi artırıb və özümü çempionatınızda göstərmək arzusundayam.
- Maraq yaradan əsas səbəblərdən biri kimi, maddi amili qeyd etmək olarmı? Necə hesab edirsiniz, Qazaxıstanla müqayisədə Azərbaycanda çıxış etmək futbolçu üçün daha sərfəlidir?
- Belə deməzdim. Maddi amillər əsas deyil. Bu baxımdan elə Qazaxıstanda da oynamaq sərfəlidir. Mən heç vaxt ilk növbədə maliyyə şərtlərinə önəm verməmişəm. İndiyədək Azərbaycana qarşı oynasam da, bura gəlməmişdim. İlk dəfə Azərbaycanda oldum. Bakı, insanlarınızla tanış olmaq, niyyətlərini öyrənmək istəyirdim. Paytaxtınız çox xoşuma gəldi. Bakı çox gözəl şəhərdir. Komandanızda məni yaxşı qəbul etdilər. “Neftçi”nin rəhbərliyi, futbolçular yaxşı insanlardır. Mən də komandaya öz köməyimi göstərmək istərdim. Baxaq görək necə olacaq.
Futbol
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Xəbər Lenti
AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanmalıdır
"SOCAR Green": Könüllü karbon bazarında kreditlərin keyfiyyəti əsas məsələyə çevrilir
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Azad edilmiş ərazilərdə daha 168 mina, 1390 PHS aşkarlanıb
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - VİDEO
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı keçirib
Mütəxəssis: Azərbaycanda təqdim olunan layihələrin əksərində enerji effektivliyi tələbləri təmin edilir
İqlim Həftəsi çərçivəsində növbəti panel sessiyası keçirilib - FOTO
Gəncədə güclü külək irigövdəli ağacı aşırıb- FOTO
Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirib
Kreml: Norveçin hərbi quruculuğu Rusiya üçün təhdiddir
Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb
Peskov Moskvada keçiriləcək Putin-Paşinyan danışıqlarının əsas mövzusunu açıqlayıb
Enerji effektivliyi pasportu olan binaların tikintisinə icazə veriləcək
Amerikalı danışıqçıların Moskva və Kiyevə səfərindən sonra Putinlə Tramp telefon danışığı apara bilər
"QHT işi" üzrə təqsirləndirilən Əhməd Məmmədzadə azadlığa buraxılıb
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
Türkiyə nümayəndəsi: Əlçatan və uzunmüddətli iqlim maliyyələşdirilməsinə ehtiyac var
Gürcüstan Baş naziri: Azərbaycanla çox sıx münasibətlərimiz var
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb - 15 mlrd. dolları ötüb
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun sədri vəzifəsindən azad edilib
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Güclü külək Bakı-Quba yolunda ağacı aşırıb, hərəkət qismən məhdudlaşıb
Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb - FOTO
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Azərbaycan Ordusunda yeni tədris ili başlayıb - VİDEO
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib
Zaxarova ABŞ istehsalı raket sistemlərinin Norveçdə yerləşdirilməsini şərh edib
Rəsmi Tehran: Pezeşkianın Nyu-Yorka səfəri ABŞ-ın viza verməsindən asılı olacaq
Bəqai: İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar yekun mərhələyə çatıb
BMT-nin CW4 konfransı çərçivəsində növbəti panel sessiya keçirilib
Bakıda məhkuma aid silah-sursat aşkarlanıb - FOTO
Sabah Bakıda yağış yağacaq
Bakı–Qazax yolunda maşın arakəsməyə çırpılaraq aşıb - VİDEO
Sədr: Azərbaycanın coğrafi mövqeyi daha geniş regionda infrastrukturu birləşdirmək üçün imkan yaradır
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
İcraçı direktor: COP30-da beşillik fəaliyyət planı üzrə razılıq eldə edilib
“AzerGold” Söyüdlü qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib - FOTO - VİDEO
BMT nümayəndəsi: İqlimin sərhədi yoxdur, çətin siyasi parçalanmalar şəraitində həmrəylik nümayiş etdirməliyik
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub
Direktor: Azərbaycanın COP29-a ev sahibliyi iqlim diplomatiyasının inkişafına mühüm töhfə verib
BMT nümayəndəsi: COP29 çərçivəsində 25 BMT agentliyi toplanıb və təşəbbüslərin çoxu icra mərhələsindədir