Bank Of Baku

“Qalatasaray” klubu sabah UEFA kuboku matçına ciddi itki ilə çıxacaq

“Qalatasaray” klubu sabah UEFA kuboku matçına ciddi itki ilə çıxacaq
# 02 dekabr 2008 08:09 (UTC +04:00)
“Qalatasaray”ın hücumçusu Ümit Karan sabah Berlində UEFA kubokunun qrup mərhələsi çərçivəsində keçiriləcək “Herta” ilə oyunu buraxacaq. Apasport.az saytının məlumatına görə, buna 32 yaşlı futbolçunun zədələnməsi səbəb olub.

Karan Superliqanın XIII turunda “Hacettəpə” ilə matçda sıradan çıxıb. Dizindən zədə alan hücumçu ən yaxşı halda üç həftə sonra, “Beşiktaş”la derbidə meydana çıxa biləcək.

Əvəzində, “Qalatasaray”ın müdafiə xəttinin əvəzolunmaz isimləri - Mehmet Topal, Barış Özbək və Əmrə Güngör uzun fasilədən sonra sıraya dönüblər. Hər 3 futbolçu “Herta” ilə görüşə tam hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR