Bank Of Baku

“Qalatasaray” UEFA kubokunda 1/16 finala yüksəldi

“Qalatasaray” UEFA kubokunda 1/16 finala yüksəldi
# 04 dekabr 2008 08:34 (UTC +04:00)
BAKI – APA. UEFA kubokunun qrup mərhələsinin IV turunun oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı azarkeşlərin həyəcanla izlədiyi görüş Almaniyada baş tutub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Berlində “Herta”nın qonağı olub. 40 minədək yerli türk azarkeşin dəstəyi altında mübarizə aparan istanbullular rəqibini minimal hesabla məğlub edib. Yeganə qolu matçın 69-cu dəqiqəsində penalti zərbəsindən Milan Baroş vurub. Bununla da, xallarının sayını 9-a çatdıran “Qalatasaray” UEFA kubokunun 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Dekabrın 3-də hesabat turu çərçivəsində daha yeddi qarşılaşma keçirilib. Son oyunların nəticələrindən asılı olmayaraq “Mançester Siti”, “Tvente”, “Metallist”, “Standard” və “Udineze” klubları da qrup səddini adlayıblar.

A qrupu

“Tvente” (Hollandiya)
- “Şalke” (Almaniya) 2:1
“Mançester Siti” (İngiltərə) - PSJ (Fransa) 0:0

“Mançester Siti” 7, “Tvente” 6, “Şalke-04” 4, “Rasinq” 2, PSJ 2

B qrupu
“Metallist” (Ukrayna)
- “Olimpiakos” (Yunanıstan) 1:0
“Herta” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 0:1

“Qalatasaray” 9, “Metallist” 7, “Olimpiakos” 3, “Herta” 2, “Benfika” 1

C qrupu

“Sevilya” (İspaniya)
- “Partizan” (Serbiya) 3:0
“Standard” (Belçika) - “Sampdoriya” (İtaliya) 3:0

“Standard” 9, “Sevilya” 6, “Sampdoriya” 4, “Ştutqart” 4, “Partizan” 0

D qrupu

“Spartak” (Rusiya) - NEC (Hollandiya) 1:2
“Udineze” (İtaliya) - “Dinamo” (Xorvatiya) 2:1

“Udineze” 9, “Tottenhem” 6, “Neymegen” 3, “Spartak” 3, “Dinamo” 3

Qeyd edək ki, E, F, G və H qrupunda növbəti oyunlar bu gün keçiriləcək. UEFA kubokunun qrup mərhələsinə isə dekabrın 18-də baş tutacaq görüşlərlə yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR