İqor Ponomaryov “Xəzər-Lənkəran” klubunun baş məşqçisi təyin edilib
20 il öncə olimpiya çempionu olan həmyerlimiz əvvəllər Vətəndə milli komandanı və Ağdamın “Qarabağ” klubunu çalışdırıb. 2002-ci ildə keçirilən dünya çempionatının seçmə mərhələsində yığma komandamızı çalışdıran mütəxəssis iki rekorda imza atıb.
Ponomaryov yığmamızın tarixində seçmə mərhələni əvvəldən axıradək iş başında olan yeganə baş məşqçi olub. Bundan başqa, o, mərhələni 5 xalla bitirib ki, bu mərhələlər ərzində ən yüksək göstəricidir. Yalnız ötən tsikl bu nəticə təkrarlanıb. Ponomaryovlu yığma 10 matçda 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətə imza atıb. Qrup sonuncusu olan komandamız bu matçlarda 4 top vurub 17-ni buraxıb.
2004/05 mövsümündə “Qarabağ”a rəhbərlik edən Ponomaryov mövsümü 6-cı pillədə başa vurub. Həmin çempionatda onun komandası 22 qələbə qazanıb: 5 heç-heçə edib və 7 dəfə uduzub. Bu matçların top fərqi 61:51-dir. Ölkə kubokunda 3 qələbəyə sevinib bir dəfə məğlubiyyət acısı yaşayan mütəxəssisin yetirmələri 12 top vurub 5-ni buraxıb. “Qarabağ” UEFA kubokunun “Dukla” ilə oyununda Ponomaryovu məyus edib – 0:3 və 0:1.
2005-ci ildə Azərbaycanı tərk edən olimpiya çempionu 2007-ci ildə Rusiyanın “Maşuk-KMV” klubunda çalışıb. Ötən ilin mayından işsiz olan çalışdırıcı hələ bir ay əvvəl Azərbaycana səfər edərkən “Xəzər-Lənkəran”ın oyununu izləmək üçün cənub bölgəsinə yollanmışdı.
Artıq klubun rəsmi internet saytı da apasport.az-ın xəbərini təsdiqləyib. Sabah saat 15:00-da “Trend” agentliyində klub rəhbərliyi və baş məşqçinin mətbuat konfransı keçiriləcək.
Xəbər Lenti
DÇ-2026: Son tura start verilir
Əraqçi Səudiyyə Ərəbistanı XİN rəhbəri ilə ABŞ-la danışıqları müzakirə edib
Kürdəmirdə "Kamaz" aşıb, xəsarət alan var
Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur
Milli Məclisin sədri Qalibafla görüşüb, regiondakı proseslər müzakirə olunub
Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb
Sertifikasiya üzrə test imtahanının beşinci günündə 6500-ə yaxın müəllim iştirak edib
BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
İraq Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb
"Chevrolet Cobalt" Şuşa şəhərciyində xuliqanlıq zəminində tərk edilib, sahibi müəyyən olunub
ÜST: Ebola epidemiyası ilə mübarizə səyləri xəstəliyin yayılma sürətindən geri qalır
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb - YENİLƏNİB
“Neftçi” qvadelupalı müdafiəçi Endryu Qravilyonu transfer edib
Krasnodarda helikopter qəzaya uğrayıb
İranlı deputat Körfəz ölkələrini ittiham edib, Yəmən rəsmisi isə ölkəsindəki humanitar böhrana görə Tehranı günahlandırıb
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
CENTCOM: Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürülüb
Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib: Paris köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
Belarusda Ukrayna ilə gərginlik fonunda səfərbərlik təlimləri keçirilir
Qalibaf: Tehran müharibə dövründə dostunu və düşmənini tanıyıb, Azərbaycan İranın yanında olub
ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir
Prezident İlham Əliyev: Azərbaycan dövləti İranın yanında olub, arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın
Prezident İlham Əliyev Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Naxçıvanda “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib - FOTO
"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
Neftçalada DOST filialı fəaliyyətə başlayıb - FOTO
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib
AFP: Səudiyyə Ərəbistanında İran və Körfəz ölkələri arasında danışıqlar nəzərdə tutulur
Anar Əliyev Salyanda vətəndaşları qəbul edib
ADY: Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib - FOTO
Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək üçün Polşaya gedib
“Reuters”: Vaşinqtonda Livan ərazilərinin qaytarılması ilə bağlı pilot layihə müzakirə edilir
Ukrayna İranda saxlanılan dörd dənizçisini geri qaytarıb
FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər
Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
“Biləcəri” və “Park Xırdalan” layihələrində yeni mənzil sahibi olmaq üçün fürsət - İlkin ödəniş 16 400 AZN-dən başlayaraq!
İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib - YENİLƏNİB