Bank Of Baku

Azərbaycan çempionunun “Birlik Kuboku” turnirində rəqibləri müəyyənləşdi

Azərbaycan çempionunun “Birlik Kuboku” turnirində rəqibləri müəyyənləşdi
# 05 dekabr 2008 10:10 (UTC +04:00)
Bu gün Rusiyanın paytaxtı Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, “Futbol Evi”ndə keçirilən tədbirdə təmsilçimiz “İnter” klubunun rəqibləri məlum olub. Bakılılar ¼ finala iki vəsiqə uğrunda “İnter” (Finlandiya), “Ventspils” (Latviya) və “Dordoy-Dinamo” (Qırğızıstan) ilə mübarizə aparacaq.

Tarixində ilk dəfə “Birlik kuboku”na qatılan “İnter” Azərbaycanın bu turnirdəki 8-ci təmsilçisi olacaq. İndiyədək bu yarışa yollanan “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Qarabağ”, U-21, “Bakı” və “Xəzər-Lənkəran” iki dəfə kuboku ölkəmizə gətirə bilib. 2006-cı ildə “Neftçi”, 11 ay öncə isə “Xəzər-Lənkəran” yarışın qalibi olub.

Qeyd edək ki, sayca XVII olan “Birlik kuboku” 2009-cu ilin yanvarın 17-dən 26-dək Moskvada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR