Bank Of Baku

İqor Ponomaryov “Xəzər-Lənkəran”la bir il müddətinə müqavilə bağladı

İqor Ponomaryov “Xəzər-Lənkəran”la bir il müddətinə müqavilə bağladı
# 05 dekabr 2008 12:46 (UTC +04:00)
Bakı – APA. “Xəzər-Lənkəran” klubunun rəhbərliyi baş məşqçi postuna təyin olunan İqor Ponomaryovla münasibətləri rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, tərəflər arasında müqavilə bu gün keçirilən mətbuat konfransında imzalanıb. Razılaşmanın müddətinin 1 il olduğu açıqlansa da, maddi məsələlər gizli saxlanılıb.

Beləliklə, “Xəzər-Lənkəran” Ponomaryovun Azərbaycanda çalışdırdığı üçüncü komandaya çevrilib. 1988-ci il Seul Olimpiadasının qalibi indiyədək əsas yığmamıza və “Qarabağ” klubuna rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR