Bank Of Baku

Çempionlar Liqasının bütün 1/8 finalçıları müəyyənləşdi

Çempionlar Liqasının bütün 1/8 finalçıları müəyyənləşdi
# 10 dekabr 2008 07:11 (UTC +04:00)
UEFA Çempionlar Liqasının 4 qrupunda mübarizəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarında keçirilən 8 qarşılaşmanın nəticəsinə əsasən, 1/8 finala yüksələn sonuncu 3 komandanın - “Çelsi”, “Roma” və “Panatinaikos”un - adı müəyyənləşib.

Gecənin ən gözlənilməz nəticəsi Barselonada qeydə alınıb. Eyniadlı komanda doğma meydanda ikinci heyətlə oynadığı üçün “Şaxtyor”a uduzub. Buna baxmayaraq, “Barselona” qrup lideri qismində növbəti mərhələyə adlayıb.

“Verder” və “Bordo” isə UEFA kubokunun 1/16 finalına vəsiqə qazanıblar. Əvəzində, tarixində ilk dəfə qrup mərhələsində yarışan və özündən söz etdirməyi bacaran Kipr “Anortosis”i avrokuboklarla erkən vidalaşıb.

Beləliklə, Çempionlar Liqasının 1/8 finalında aşağıdakı 16 klub çıxış edəcək: "Barselona”, “Sportinq”, “Yuventus”, “Mançester Yunayted”, “Arsenal”, “Portu”, “Vilyareal”, “Bavariya”, “Lion”, “Real”, "Atletiko", "Liverpul", “Çelsi”, "İnter", “Roma”, “Panatinaikos”.

A qrupu

“Çelsi”
- ÇFR - 2:1
Kalu, 40; Droqba, 72 - Kone, 56.

“Roma” - “Bordo” - 2:0
Brici, 61; Totti, 79.

1.“Roma” 12 xal, 2. “Çelsi” 11, 3. “Bordo” 7, 4.ÇFR 4.

B qrupu

“Verder”
- “İnter” - 2:1
Pizarro, 63; Rozenberq, 81 - İbrahimoviç, 88.

“Panatinaikos” - “Anortosis” - 1:0
Karaqunis, 69.

1. “Panatinaikos” 10, 2. “İnter” 8, 3.“Verder” 7, 4.“Anortosis” 6.

C qrupu

“Barselona” - “Şaxtyor” - 2:3
Silvinyo, 59; Buskets, 84 - Qladki, 32; 58; Fernandinyo, 76.

“Bazel” - “Sportinq” - 0:1
Yannik, 20.

1.“Barselona” 13, 2.“Sportinq” 12, 3.“Şaxtyor” 9, 4.“Bazel” 1.

D qrupu

PSV - “Liverpul” - 1:3
Lazoviç, 36 - Babel, 45; Riera, 69; NQoq, 78.

“Marsel” - “Atletiko” - 0:0

1. “Liverpul” 14, 2.“Atletiko” 12, 3.“Marsel” 4, 4.PSV 3.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR