Bank Of Baku

Portuqaliya - Azərbaycan görüşü aprelin 23-də keçiriləcək

Portuqaliya  - Azərbaycan görüşü aprelin 23-də keçiriləcək
# 10 dekabr 2008 13:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının Avropa çempionatının ikinci seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qarşılaşmaları Portuqaliyada keçiriləcək üçüncü qrupda mübarizə aparan yığmamız ilk görüşdə meydan sahibləri ilə üz-üzə gələcək. Bu matç aprelin 23-də keçiriləcək. Millimiz iki gün sonra Uels, aprelin 28-də Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki: final mərhələsi Almaniyada keçiriləcək qitə birinciliyinə qrup qalibi ilə yanaşı ikinci yeri tutan komandalar arasında ən yüksək nəticəyə malik yığma da vəsiqə qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR