Bank Of Baku

“Fənərbaxça” heç UEFA kubokuna da vəsiqə qazana bilmədi

“Fənərbaxça” heç UEFA kubokuna da vəsiqə qazana bilmədi
# 11 dekabr 2008 07:12 (UTC +04:00)
UEFA Çempionlar Liqasının 2008/09 mövsümünün qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, ən son E, F, G və H qruplarında 8 matç keçirilib. Axırıncı oyunlar əsasən UEFA kubokuna 2 komandanın vəsiqə qazanması baxımından maraq doğururdu.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” heç UEFA kubokuna da düşməyi bacarmayıb. Luis Araqonesin yetirmələri Kiyevdə “Dinamo”ya uduzublar. Bununla da, “sarı-lacivərdlilər” avrokuboklarla erkən vidalaşıblar. “Fənərbaxça” növbəti dəfə qitə miqyaslı yarışda iştirak etmək üçün ən azı 7 ay gözləməlidir.

Çempionlar Liqasının 1/8 finalında aşağıdakı komandalar oynayacaqlar: “Mançester Yunayted”, “Arsenal”, "Liverpul", “Çelsi” (hamısı İngiltərə), "Barselona”, “Real”, “Vilyareal”, "Atletiko" (hamısı İspaniya), “Yuventus”, "İnter", “Roma” (hamısı İtaliya), “Portu”, “Sportinq” (hər ikisi Portuqaliya), “Bavariya” (Almaniya), “Lion” (Fransa), “Panatinaikos” (Yunanıstan).

E qrupu

“Mançester Yunayted” – “Olborq” - 2:2
Teves, 3; Runi, 52 – Yakobsen, 32; Kurt, 45.

“Seltik” – “Vilyareal” - 2:0
Maloney, 14; MakQadi, 45.

1.“Mançester Yunayted” 10 xal, 2. “Vilyareal” 9, 3.“Olborq” 6, 4.“Seltik” 5

F qrupu

“Lion” – “Bavariya” - 2:3
Qovu, 53; Benzema, 68 - Kloze, 11,; 37; Riberi, 34.

“Styaua” – “Fiorentina” - 0:1
Cilardinyo, 66.

1.“Bavariya” 14, 2.“Lion” 11, 3.“Fiorentina” 6, 4.“Styaua” 1

G qrupu

“Dinamo”
– “Fənərbaxça” –1:0
Yeremenko, 20.

“Portu” – “Arsenal” - 2:0
Alves, 38; Lopes, 54.

1.“Portu” 12, 2.“Arsenal” 11, 3.“Dinamo” 8, 4.“Fənərbaxça” 2.

H qrupu

“Real”
– “Zenit” - 3:0
Raul, 25; 58; Robben, 50.

“Yuventus” – BATE - 0:0

1. “Real” 12, 2. “Yuventus” 12, 3. “Zenit” 5, 4. BATE 3
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR