Bank Of Baku

Rusiya Futbol İttifaqı Azərbaycan yığmasına dəvət göndərib

Rusiya Futbol İttifaqı Azərbaycan yığmasına dəvət göndərib
# 12 dekabr 2008 08:20 (UTC +04:00)
Bakı – APA. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb. Bu haqda apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Rusiya Futbol İttifaqının təşkil edəcəyi yarış FİFA-nın sabiq birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunacaq. Turnir 2009-cu il yanvarın 4-dən 12-dək davam edəcək. Yaşar Vahabzadənin komandasının qarşılaşacağı rəqiblər hələlik müəyyənləşməyib.

Buna baxmayaraq, xatirə turnirinin reqlamenti və iştirakçıların adları çoxdan bəllidir. Püşkatma zamanı A qrupunda Rusiya, Çin, Çili, Belarus, B qrupunda isə Türkiyə, Belçika, Latviya və Ukrayna yer alıb. Göründüyü kimi, ilkin variantda milli komandamızın yarışda iştirakı nəzərdə tutulmayıbmış. Görünür, komandalardan hansısa Sankt-Peterburqa gəlməkdən imtina etdiyi üçün təşkilatçılar sonradan yığmamıza dəvət göndərmək məcburiyyətində qalıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR