Bank Of Baku

Mişel Platini istefa verdi

Mişel Platini istefa verdi
# 15 dekabr 2008 08:40 (UTC +04:00)
Bakı – APA. UEFA prezidenti Mişel Platini vəzifəsindən gedib. Apasport.az saytının məlumatına görə, 54 yaşlı funksioner Fransanın ali futbol qurumunun federal şurasının üzvlüyündən istefa verib. Platinini Fransa Futbol Federasiyasında (FFF) gənc həmkarı, dünya və Avropa çempionu Lilian Türam əvəzləyəcək.

Federal şurada dəyişiklik FFF-də prezident seçkiləri zamanı reallaşıb. 2002-ci ildən bu quruma rəhbərlik edən Jan-Pyer Eskalett yenidən prezident seçilib. Alternativi olmayan 73 yaşlı futbol funksioneri səslərin 93,5 faizini toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR