Bank Of Baku

Əfsanəvi futbolçunun məzarını dağıtdılar

Əfsanəvi futbolçunun məzarını dağıtdılar
# 16 dekabr 2008 12:45 (UTC +04:00)
Bakı – APA. Dünya futbolunun əfsanəsi Ferents Puşkaşın məzarına basqın olub. Apasport.az saytının məlumatına görə, oğrular 2006-cı ildə dünyasını dəyişən macar futbolçunun qəbrini dağıdıblar.

Puşkaşın məzarının üstündən gümüş şamdanlar və camlar, eləcə də bir sıra qədimi əşyalar yoxa çıxıb. Şəxsiyyətləri hələ müəyyənləşdirilməyən basqınçılar 79 yaşında həyatla vidalaşan futbolçunun məzar daşını da sındırıblar.

Qeyd edək ki, Puşkaş Macarıstanın paytaxtı Budapeştdə dəfn edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR