Bank Of Baku

“Qalatasaray” azərbaycanlı futbolçuya əvəz axtarır

“Qalatasaray” azərbaycanlı futbolçuya əvəz axtarır
# 17 dekabr 2008 08:18 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray” rəhbərliyi mərkəz müdafiəçisi Sərvət Çətinə əvəz axtarır. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı olan Sərvət “Marsel”, Dortmund “Borussiya”sı və “Portsmut”un hədəfindədir. Bunu nəzərə alan İstanbul klubunun rəsmiləri 27 yaşlı futbolçunun yerinə legioner gətirmək istəyirlər.

Hazırda “sarı-qırmızılılar” Aleks Rodriqo Dias da Kosya (“Çelsi”), İvan Elquera (“Valensiya”) və Silven Marşalla (“Loryan”) maraqlanır. “Qalatasaray”ın rəsmisi Haldun Üstünel bildirib ki, adıçəkilən futbolçuların menecerləri ilə həftəsonu “Beşiktaşla”a qarşı keçiriləcək derbidən sonra danışıqlara başlanılacaq. 3 oyunçudan ən yaxşı halda, yalnız birinin transferi nəzərdə tutulub.

Bundan başqa, 35 yaşlı müdafiəçi Əmrə Aşıkın da “Cim Bom”dan uzaqlaşdırılacağı gözlənilir. Rəhbərlik mərkəz müdafiəçisi almaq üçün 5 milyon avro xərcləməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR