Bank Of Baku

Azərbaycan - Gürcüstan oyunu ləğv olundu

Azərbaycan - Gürcüstan oyunu ləğv olundu
# 17 dekabr 2008 14:29 (UTC +04:00)
Bakı – APA. Azərbaycan və Gürcüstanın 21 yaşadək futzalçılardan ibarət milli komandaları arasında dekabrın 22-də və 23-də Bakıda keçirilməsi nəzərdə tutulan hər iki yoldaşlıq görüşü ləğv edilib. Bu haqda apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Yoldaşlıq matçlarının ləğvi gürcüstanlı futzalçıların texniki səbəblər ucbatından paytaxtımıza gələ bilməmələri ilə əlaqədardır. Artıq bununla bağlı Gürcüstan Futzal Assosiasiyasından AFFA-ya rəsmi məktub göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR