Bank Of Baku

UEFA kubokunun qrup mərhələsi başa çatdı

UEFA kubokunun qrup mərhələsi başa çatdı
# 19 dekabr 2008 07:28 (UTC +04:00)
UEFA kubokunun qrup mərhələsi yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” qrupda 2-ci yerlə kifayətlənib. Çünki Ukrayna “Metallist”i səfərdə “Benfika”ya qalib gələrək, zirvəyə yüksəlib. Deməli, “Qalatasaray” 1/16 finalda daha çətin rəqib - Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş komanda ilə görüşəcək.

Bu gecənin ən sensasion nəticəsi UEFA kubokunun qalibi “Sevilya”nın mübarizəni erkən dayandırması olub. Son oyunların ardından daha 6 klub - PSJ, “Olimpiakos”, “Sampdoriya”, “Ştutqart”, “Tottenhem” və NEK növbəti mərhələyə adlayıb. Reqlamentə əsasən, 1/16 finalda UEFA kubokunun qrup mərhələsində 1-ci yeri tutanlarla 3-cü pillənin sahibləri qarşılaşacaqlar. Çempionlar Liqasından gəlmiş 8 kollektivin rəqibi isə UEFA kubokunun qrup mərhələsinin ikinciləri arasından seçiləcək.

UEFA kubokunun 1/16 finalında iştirak hüququna malik komandalar:

“Volfsburq”, “Hamburq”, “Verder”, “Ştutqart” (hamısı Almaniya), “Fiorentina”, “Milan”, “Udineze”, “Sampdoriya” (hamısı İtaliya), “Bordo”, “Marsel”, “Sent Etyen”, PSJ (hamısı Fransa), “Dinamo”, “Şaxtyor”, “Metallist” (hamısı Ukrayna), “Mançester Siti”, “Aston Villa”, “Tottenhem” (hamısı İngiltərə), “Deportivo”, “Valensiya” (hər ikisi İspaniya), “Ayaks”, “Tvente”, NEK (hamısı Hollandiya), “Zenit”, MOİK (hər ikisi Rusiya), “Kopenhagen”, “Olborq” (hər ikisi Danimarka), “Qalatasaray” (Türkiyə), “Standard” (Belçika), “Braqa” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan) və “Lex” (Polşa).

UEFA kubokunun 1/16 finalının püşkü bu gün atılacaq.

18 dekabr

A qrupu

PSJ
- “Tvente” - 4:0
Luindula, 8; 85; Sesseqnon, 23; Kejman, 84.

“Rasinq” - “Mançester Siti” - 3:1
Conatan, 18; Serrano, 30; Valera, 55 - Kasedo, 90.

1.“Mançerter Siti” 7 xal, 2.“Tvente” 6, 3.PSJ 5, 4.“Rasinq” 5, 5.“Şalke” 4

B qrupu

“Benfika” - “Metallist” - 0:1
Rikun, 85

“Olimpiakos” - “Herta” - 4:0
Dudu, 54; Qaletti, 67 (pen.); Torosidis, 86; Dioqo, 89.

1.“Metallist” 10, 2.“Qalatasaray” 9, 3.“Olimpiakos” 6, 4.“Herta” 2, 5.“Benfika”1

C qrupu

“Sampdoriya“
- “Sevilya” - 1:0
Bottnelli, 74.

“Ştutqart” - “Standard” - 3:0
Kedira, 4; Hilbert, 49; Marika, 71.

1.“Standard” 9, 2.“Ştutqart” 7, 3.“Sampdoriya” 7, 4.“Sevilya” 6, 5.“Partizan”0

D qrupu

NEK
- “Udineze” - 2:0
Con, 74; Bukerinq, 78.

“Tottenhem” - “Spartak” - 2:2
Modriç, 68; Haddlstoun, 74 - Dzyuba, 23; 33.

1.“Udineze” 9, 2.“Tottenhem” 7, 3.NEK 6, 4.“Spartak” 4, 5.“Dinamo” (Zaqreb) 3
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR