Bank Of Baku

AFFA Faiq Ağayevi cəzalandırdı

AFFA Faiq Ağayevi cəzalandırdı
# 30 dekabr 2008 09:43 (UTC +04:00)
Bakı – APA. AFFA Nizam-İntizam Komitəsi (NİK) 2008-ci ildə son iclasını keçirib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, komitə üzvləri 15 yaşınadək futbolçular arasında Azərbaycan çempionatının oyunlarında baş verənləri müzakirə edib. NİK “Təhsil” – “İnter” matçında meydan sahiblərinin qırmızı vərəqə alan oyunçusu Elçin Cavadovu 1, “İnter” – “Qarabağ” matçında meydandan qovulan futbolçular Faiq Ağayev (“İnter”) və Firdovsi Adilzadəni (“Qarabağ”) 2 oyunluq cəzalandırıb. “Olimpiya Məktəbi” – “Bakılı” matçında qonaqlar təyin olunduğu vaxtda meydana çıxmamışdı ki, buna görə onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR