Bank Of Baku

Azərbaycan yığması Şotlandiya çempionu ilə qarşılaşacaq

Azərbaycan yığması Şotlandiya çempionu ilə qarşılaşacaq
# 30 dekabr 2008 10:17 (UTC +04:00)
Bakı – APA. Gələn il yanvarın 4-dən 10-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Azərbaycan 21 yaşlılardan ibarət milli komandanın rəqibləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın ilk rəqibi Şotlandiyanın “Dandi Yunayted” klubu olacaq.

Tarixində bir dəfə ölkə çempionu olan bu komanda ilə görüş yanvarın 7-də Antalyada baş tutacaq. Yığmamız bu qarşılaşmadan iki gün sonra digər şotland klubu “Kilmarnok”la qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan yığması britaniyalıların ikinci komandaları ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR