Bank Of Baku

Əmrə Belözoğlunun toyu olub

Əmrə Belözoğlunun toyu olub
# 03 yanvar 2009 13:52 (UTC +04:00)
Bakı - APA. Türkiyə milli futbol yığmasının və “Fənərbaxça” komandasının futbolçusu Əmrə Belözoğlu ailə qurub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əmrə Belözoğlu-Tuğba Gürəvin cütlüyünün nikahını baş nazir Rəcəb Rayyip Ərdoğan, “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım, Türkiyə milli futbol yığmasının baş məşqçisi Fatih Terim və İstanbul Böyükşəhər Bələdiyyəsi klubunun başqanı Göksel Gümüşdağın şahidliyi ilə İstanbul Böyükşəhər bələdiyyə başqanı Qədir Toppaş kəsib. Kəbin kəsildikdən sonra Ərdoğan evlilik sənədini gəlinə verib. Bunun ardınca baş nazir üzünü Əmrəyə tutaraq, “mənim tövsiyəmi bilirsiniz, ən azı 3 uşaq” söyləyib.

“Swiss” otelində baş tutan toy mərasimində spirtli içki verilməyib. Mərasimə dövlət və hökumət rəsmiləri, UEFA-nın vitse-prezidenti Şenes Erzik, TFF başqanı Mahmud Özgener, “Fənərbaxça”nın baş məşqçisi Luis Araqones və xeyli sayda futbolçu qatılıb.

Jurnalistlər toy mərasiminə buraxılmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR