Bank Of Baku

Arda Turan avtomobil qəzasına düşüb

Arda Turan avtomobil qəzasına düşüb
# 03 yanvar 2009 13:53 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray” komandasının və Türkiyə milli futbol yığmasının üzvü Arda Turan avtomobil qəzasına düşüb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, milli futbolçu Əmrə Belözoğlunun toyundan qayıdarkən qəzaya uğrayıb. Qəza barədə ətraflı məlumat verilməsə də, ulduz futbolçunun hadisə nəticəsində üzündən yüngül xəsarətlər aldığı bildirilir.

Səhhətində ciddi problem olmasa da, Arda hər ehtimala qarşı bu gün keçirilən məşqlərə qatılmayıb. “Qalatasaray” klubundan bildirilib ki, milli futbolçu sabah komanda yoldaşları ilə birlikdə məşqlərə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR