Bank Of Baku

“Neftçi”nin daha bir sabiq futbolçusu “Kocaelispor”da baxışdadır

“Neftçi”nin daha bir sabiq futbolçusu “Kocaelispor”da baxışdadır
# 07 yanvar 2009 15:28 (UTC +04:00)
Bakı – APA. Bakının “Neftçi” klubunun daha bir sabiq futbolçusu “Kocaelispor”a keçə bilər. Apasport.az saytının məlumatına görə, cari mövsümün birinci dövrəsində ölkəmizdə çıxış edən 30 yaşlı yarımmüdafiəçi Levent Kartop Kocaeli təmsilçisinə baxışa yollanıb. Əvvəllər “Dənizlispor”, “Ankaragücü”, “Konyaspor”, “Antalyaspor” və “Adanadəmirspor”da çıxış edən Levent karyerasını Superliqada davam etdirmək üçün autsayderin təlim-məşq toplanışındakı sınaqdan üzüağ çıxmalıdır.
Qeyd edək ki, Azərbaycan milli komandasının kapitanı olan “Neftçi”nin digər sabiq oyunçusu Rəşad Sadıqov da “Kocaelispor”da baxışdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR