Bank Of Baku

Azərbaycan yığmasının sabiq futbolçusu Rusiyanın “Spartak” klubuna baxışa gedib

Azərbaycan yığmasının sabiq futbolçusu Rusiyanın “Spartak” klubuna baxışa gedib
# 07 yanvar 2009 16:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının sabiq futbolçusu İlqar Əbdürəhmanov karyerasını yenə Rusiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi Nalçikin “Spartak” klubuna baxışa yollanıb. O, hazırda bu komanda ilə birgə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında iştirak edir. Əbdürrəhmanovun “Spartak”ın heyətində sabah Bakının “İnter” klubuna qarşı yoxlama oyununda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, ilk dövrədə “Muğan”da çıxış edən Əbdürəhmanov hətta kapitan sarğısını daşıyıb. Futbolçu ilə cari mövsümün sonuna qədər anlaşması olan salyanlılar onun gedişinə əngəl törətməyib. İlqar indiyədək ölkə kənarında Rusiya və Qazaxıstanla yanaşı, Belarusda da çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR